27 noyabr 2024. Çərşənbə

Simeone Qrizmannın son durumundan danışdı


Simeone Qrizmannın son durumundan danışdı

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "İnter"lə oyunda (0:1) komandanın hücumçusu Antoine Qrizmannın zədəsinin sağalması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, argentinalı çalışdırıcı, fransız forvardı riskə atmaq istəmədiklərini bildirib.

“Biz Qrizmannı həmişə burada və indi oynamağa məcbur etmək niyyətində deyilik. Hazır olanda qayıdacaq. Bizə ən yaxşı Qrizman lazımdır, amma o, indi zədəlidir. Amma Çempionlar Liqasında "İnter"lə matçda Qrizmanna istirahət vermədiyimə görə peşman deyiləm" 

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında “İnter”lə matçın 78-ci dəqiqəsində “Atletiko Madrid”in hücumçusu Qrizmann zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Sonradan məlum olub ki, fransalıya orta dərəcədə ayaq biləyinin əzilməsi diaqnozu qoyulub.

32 yaşlı forvardın “Atletiko”nun səfərdə “Atletik Bilbao” ilə qarşılaşacağı (ilk oyun 0:1) Kral Kubokunun ikinci yarımfinalını mütləq buraxacağı gözlənilir. Qarşılaşma fevralın 29-da baş tutacaq.

Bu mövsüm Qrizmann klubda bütün turnirlərdə 36 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, forvardın təxmini dəyəri 25 milyon avrodur.







İspaniya L.L.

"Real"ın prezidenti Kroos haqda danışıb
  • İspaniya L.L.
  • 20:21 26.11.2024
"Real"ın prezidenti Kroos haqda danışıb
Levandovski "Barselona"da qalacaq
  • İspaniya L.L.
  • 20:37 25.11.2024
Levandovski "Barselona"da qalacaq
"Real" hücumçusunu bir aylıq itirdi
  • İspaniya L.L.
  • 18:47 25.11.2024
"Real" hücumçusunu bir aylıq itirdi