27 iyul 2024. Şənbə

"Qrinvud "Barselona"da oynaya bilər"


"Qrinvud "Barselona"da oynaya bilər"

"Xetafe"nin baş məşqçisi Xose Bordalas "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvudun icarə əsasında transferinin təfərrüatlarından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı, ingilis futbolçunun keçidindəki məsuliyyəti öz üzərinə götürdüyü bildirib.

“Əvvəlcə Qrinvudun “Xetafe”yə keçməsi ilə bağlı şübhələr var idi, lakin mən onu öz məsuliyyətimə götürdüm. Klubun şübhələri olduğunu başa düşürəm. Meysonun demək olar ki, iki il fasiləsi var idi. Biz səbirli idik və onun istedadını və keyfiyyətlərini nəzərə alaraq proses ləng gedirdi. Hamımız ona çox kömək etdik və indi o, ən yaxşı səviyyəsinə çatmağa yaxındır.

Qrinvud "Barselona"da və ya hər hansı digər top klubda oynaya bilər. Görək, bunun sonu hara olacaq?'', - Sport.es Bordalasın sözlərindən sitat gətirir.

Bu mövsüm Qrinvud bütün yarışlarda 24 oyun keçirib, o, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 7,5 milyon avrodur.Daha əvvəl "Barselona"nın Qrinvudla maraqlandığı bildirilirdi.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda