17 dekabr 2025. Çərşənbə

Militaonun yaşıl meydanlara qayıdacağı vaxt bilindi


Militaonun yaşıl meydanlara qayıdacağı vaxt bilindi

"Real Madrid"in müdafiəçisi Eder Militaonun aprelin ortalarında yaşıl meydanlara qayıtması gözlənilir.

90deqiqe.Az "Relevo"ya istinadən məlumatına görə, çapraz bağın yırtılmasından sonra son bir neçə ay ərzində reabilitasiyadan keçən 26 yaşlı futbolçu tezliklə ümumi qrupla məşqlərə qayıdacaq. “Los Blankos”un Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə Militaonun apreldə keçiriləcək bu turnirin 1/4 finalında iştirak etmək şansının olacağı vurğulanıb.

Braziliyalı müdafiəçi 2019-cu ildə "Porto"dan "Real Madrid"ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 143 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə