23 oktyabr 2024. Çərşənbə

Ançelotti Toni Kroosun gələcəyi barədə nə düşünür?


Ançelotti Toni Kroosun gələcəyi barədə nə düşünür?

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti  yarımmüdafiəçisi Toni Kroosdan müqaviləsini uzatmağı xahiş edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, italyan çalışdırıcı bununla bağlı alman oyunçuya heçnə deməyəcəyini bildirib.

“Mən ondan müqaviləni uzatmağı xahiş etsəm nə olacaq? Mən ona nə edəcəyini deməyəcəm. O, mənim oğlum deyil. Onun özü üçün seçim etmək zehni qabiliyyəti var”, - Mundo Deportivo Ançelottinin sözlərini sitat gətirir.

Xatırladaq ki, 34 yaşlı mərkəz yarımmüdafiəçi 2014-cü ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 450 matçda iştirak edib, 28 qol vurub, 96 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 14 milyon avrodur.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı