27 iyul 2024. Şənbə

Ançelotti Endriklə bağlı planlarını açıqladı


Ançelotti Endriklə bağlı planlarını açıqladı

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Palmeyras"dan transfer etdiyi braziliyalı forvard Endriklə bağlı planlarından danışıb.

90deqiqe.Az-ın məlumatına görə,  italyan çalışdırıcı, 17 yaşlı futbolçuya ehtiyaclarının olduğunu bildirib.

“Endrik “Palmeyras”da icarə əsasında qalmayacaq. O, əsas komandamızın tam hüquqlu üzvü olacaq. Bu oyunçuya həqiqətən ehtiyacımız var”, – jurnalist Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) Ançelottinin sözlərini sitat gətirir.

"Real Madrid" Endriki "Palmeyras"dan 45 milyon avroya alıb.Bir il yarımdır ki, gənc futbolçu klublar arasında bağlanmış müqavilələrə əsasən, "Palmeyras"da icarə əsasında çıxış edir. Ötən mövsüm forvard hazırkı komandanın heyətində bütün turnirlərdə 37 oyun keçirib və 12 qol vurub.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda