- İspaniya L.L.
- 22:56 22.11.2024
İspaniya La Liqasının 26-cı tur çərçivəsində "Barselona" evdə “Xetafe”yə darmadağınla qalib gəlib (4:0).
90deqiqe.Az xəbər verir ki, sözügedən matçda qollardan birinə imza atan kataloniyalıların braziliyalı vingeri Rafinya 16 yaşlı Lamin Yamalla əsas heyətə düşmək uğrunda mübarizəsindən danışıb.
“Lamin Yamalın yerimi tutmasından narahat deyiləm. Onun komandada olmasından çox məmnunam. Əminəm ki, o, dünyanın ən yaxşı futbolçularından birinə çevriləcək. Rəqabət yaxşıdır, bu, bizi daha çox motivasiya edir”, – Barca Times Rafinhanın sözlərini sitat gətirir.
Yamal "Barselona"nın yetirməsidir və ötən ildən əsas komandada çıxış edir. 16 yaşlı futbolçu 2022/2023 mövsümündə "Blauqrana" ilə La Liqanın qalibi olub.
Bu mövsüm Lamin bütün turnirlərdə mavi qranat üçün 35 oyun keçirib və o, beş qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.