- İspaniya L.L.
- 22:56 22.11.2024
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 38 yaşlı yarımmüdafiəçi Luka Modriçin klubdakı gələcəyindən danışıb.
90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı, hər şeyin onun əlində olduğunu bildirib.
“Onun əlindədir. Hər şey ondan asılıdır. Kroos və Naço işlərində olduğu kimi. O, əla oğlandır, çox təvazökardır, mən onu sevirəm. Bilmirəm, o, əvəzedicidə qalmaq istəyəcək, ya yox... Amma başa düşürəm ki, matç praktikası vacib məqamdır”, – məşhur jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) Ançelottidən sitat gətirir.
Xatırladaq ki, La Liqanın 26-cı turunun bir gün əvvəl baş tutan "Sevilya" ilə matçında (1:0) 38 yaşlı Luka Modriç 81-ci dəqiqədə qələbə qolunu vurmuşdu. Hazırda İspaniya çempionatının turnir cədvəlinə 65 xalla "Real" tək başçılıq edir. Daxili çempionatın növbəti oyununda “Los Blancos” səfərdə “Valensiya” ilə qarşılaşacaq.