- İspaniya L.L.
- 22:56 22.11.2024
"Əl-Duhail"in hücumameyilli yarımmüdafiəçisi Filipp Koutinyo 2018-ci ilin yanvarında "Liverpul"dan "Barselona"ya keçməyi haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu həmin transferi xatırlayanda peşman olmadığını bildirib.
"Barselonaya köçməyimə peşman oldummu? Heç vaxt. Hər şey təsəvvür etdiyim kimi, insanların gözlədiyi kimi, mənim özümün də gözlədiyim kimi olmadı, çünki ilk növbədə özümdən tələb edirəm, özümə deyirəm ki, meydanda əlimdən gələni daha çox verməliyəm.
Mən həmişə peşəkarlığımı qorumuşam, ona görə də peşman deyiləm. Arzum həmişə "Barsa"da oynamaq idi və mən ora getdim, hər şeyi bəyəndim, çox insanla tanış ola bildim, titullar qazandım. Bu fəsil mənim həyat hekayəmdə əbədi olaraq qalacaq”, - Sport.es Koutinyodan sitat gətirir.
Koutinyo 2018-ci ildə 135 milyon avroya "Liverpul"dan "Barselona"ya keçib.Yarımmüdafiəçi 2022-ci ilə qədər "Blaugrana"da çıxış edib və kataloniyalılarla 5 kubok qazanıb.
Bu mövsüm braziliyalı "Əl-Duhail"in heyətində bütün turnirlərdə 11 oyun keçirib və 5 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun Qətər klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 9 milyon avrodur.