27 iyul 2024. Şənbə

"Klopp və Flik dünyanın istənilən klubu üçün düzgün məşqçidir"


"Klopp və Flik dünyanın istənilən klubu üçün düzgün məşqçidir"

"Liverpul"un və "Bavariya"nın sabiq yarımmüdafiəçisi, hazırda Qətərin "Əl-Duhail" klubunda çıxış edən Filip Koutinyo alman məşqçilər Yurgen Klopp və Hans-Diter Flik haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı oyunçu adıçəkilən mütəxəssislərin İspaniyanın "Barselona"sında işləmək üçün uyğun olub-olmamasına toxunub.

“Əlbəttə, bunlar iki böyük məşqçidir. Mən onların hər ikisi ilə işləmişəm və düzünü desəm, həm Yurgen, həm də Hansi ilə çox yaxşı münasibətim olub. Onların komandaları həmişə çox yaxşı oynayıb. Klopp və Flik təkcə Barselona üçün deyil, dünyanın istənilən klubu üçün uyğun məşqçilərdir”, - Sport.es Koutinyonun sözlərini sitat gətirir.

Xatırladaq ki, Klopp bu mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq mersisaydlılarla əməkdaşlıq etməyə enerjisinin olmadığını açıqlayıb. Flik də öz növbəsində keçən ilin sentyabrından işsizdir. Hər iki mütəxəssis "Barselona"nın baş məşqçi postuna namizəddir.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda