8 sentyabr 2024. Bazar günü

La Liqa prezidentindən Mbappe ilə bağlı açıqlama


La Liqa prezidentindən Mbappe ilə bağlı açıqlama

La Liqanın prezidenti Xavyer Tebas Fransanın PSJ-nin hücumçusu Kilian Mbappenin "Real Madrid"ə mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, funksioner, bu keçidin artıq baş verdiyini bildirib.

"Məndə elə bir hiss var ki, Kilian Mbappe artıq "Real Madrid"ə keçib".

Xatırladaq ki, daha əvvəl 25 yaşlı forvardın Madrid klubu ilə müqavilənin yekun detallarını razılaşdırdığı bildirilib.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Bu mövsüm forvard bütün turnirlərdə 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq