17 dekabr 2025. Çərşənbə

"Barselona" “Ayaks”ın yolu ilə öz ulduzlarını satmayacaq"


"Barselona"  “Ayaks”ın yolu ilə öz ulduzlarını satmayacaq"

La Liqanın prezidenti Xavyer Tebas hesab edir ki, “Barselona” “Ayaks”a bənzər iqtisadi modelə keçməyəcək.

90deqiqe.Az xəbər verir ki, funksioner, bu modelin baş tutmayacağını bildirib.

“Bu baş verməyəcək. "Barselona" düşdüyü vəziyyətdən çıxacaq. “Barselona”nın bunu etmək üçün variantları var, lakin liderlərinin qərarı lazımdır.

Onun sata biləcəyi iki və ya üç yüksək səviyyəli oyunçusu var. Bununla o, problemlərin çoxunu həll edə bilər. Bunun sayəsində onlar borc faizlərinə aid olmayan gəlir əldə edə, futbolçulara ödəniş edə biləcəklər”, - Sport.es Tebasın sözlərini sitat gətirir.

Xatırladaq ki, mavi qranatlar hazırda maddi sıxıntılar yaşayır. Xüsusilə, qış transfer pəncərəsi bağlandıqdan sonra La Liqa İspaniya Primera klublarının maaş xərclərinə limit qoyub. “Barselona” üçün bu rəqəm 204,2 milyon avro, məsələn, “Real Madrid” üçün isə 727,4 milyon avro təşkil edib.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə