- İspaniya L.L.
- 21:16 17.12.2025
İspaniya kral kubokunda mübarizə sona doğru yaxınlaşır. Ötən gecə artıq növbəti finalçının da adına aydınlıq gəlib.
90deqiqe.az xəbər verir ki, “Estadio San Mames”də keçirilən qarşılaşmaya qonaqlar daha istəkli başlayıblar. Lakin çoxgedişli kombinasiyadan sonra Samuel Linonun zərbəsi zamanı meydan sahiblərinin qolkiperi Yulen Aqirresabala qapısında diqqətli oynayıb. Matçda hesab 13-cü dəqiqədə açılıb. İnaki Vilyams qardaşı Niko Vilyamsın ötürməsini qolla tamamlayıb. Cəmi 6 dəqiqə sonra İnaki s Nikonun fərqlənməsi üçün şərait yaratsa da, 21 yaşlı forvardın zərbəsi azacıq fərqlə qapıdan yan keçib. Hücumlarına ara verməyən ev sahibləri 42-ci dəqiqədə fərqi ikiyə yüksəldiblər. Bu dəfə İnyakinin ötürməsini Niko dəqiq zərbəylə tamamlayıb. Tərəflər fasiləyə bu hesabla yollanıblar. İkinci yarıda da Bilbao kollektivinin üstünlüyü diqqət çəkib. Bunun məntiqi nəticəsi olaraq 61-ci dəqiqədə fərq daha da artıb. Qorka Quruseta Yan Oblakdan qayıdan topu asanlıqla qola çevirib. Bu, görüşdə vurulan sonuncu qol olub. “Atletik” 3. “Atletiko” 0. Ümumi hesabda 4:0 hesablı qələbəyə imza atan “San Mameslilər” finala yüksəliblər. Həlledici görüşdə onların rəqibi 21 ildən sonra İspaniya kubokunun finalına çıxan “Malyorka” olacaq. Son dəfə 40 il bundan əvvəl bu titulu qazanan “Atletik” o vaxtdan bəri keçirdiyi 6 finalın hamısında məğlub olub.
Qeyd edək ki, həlledici görüş aprelin 6-sı keçiriləcək.