- İspaniya L.L.
- 23:16 18.02.2025
"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan gələcəyi ilə bağlı qərarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı yalnız müəyyən komandalardan təklif alacağı təqdirdə işə qayıtmağa hazırdır.
Fransız mütəxəssis yalnız 2001-2006-cı illərdə çıxış etdiyi "Real Madrid"i, "Marsel"i və Fransa millisini çalışdırmağa hazırdır, çünki bu klub onun doğma şəhərində yerləşir.
Xatırladaq ki, Zidan 2021-ci ildən işsizdir.