23 oktyabr 2024. Çərşənbə

"Çox yaxşı oynamadıq" - Kanselo


"Çox yaxşı oynamadıq" - Kanselo

"Barselona"nın müdafiəçisi Joao Kanselo İspaniya çempionatının 27-ci turunun "Atletik"lə oyunundakı heç-heçə (0:0) nəticəsini şərh edib.

90deqiqe.Az  xəbər verir ki, portuqaliyalı oyunçu  turnir cədvəlində irəliləmək üçün yaranan fürsəti əldən verdiklərini bildirib.

“Biz turnir cədvəlində irəliləmək üçün əla fürsəti əldən verdik. Əlbəttə, mən razıyam ki, həmin gecə ümumi olaraq çox yaxşı oynamadıq. Məşqdə məşq etdiyimizi meydanda göstərə bilmədik. Ancaq bizi tezliklə başqa bir matç gözləyir və biz ümid edəcəyik ki, “Malyorka”ya qarşı daha yaxşı oynayacağıq”, – “Barselona”nın rəsmi saytı Kanselonun sözlərini sitat gətirir.

Kanselo 2023-cü ilin sentyabrında icarə əsasında "Mançester Siti"dən "Barselona"ya keçib. Bu mövsüm portuqaliyalı müdafiəçi bütün turnirlərdə 30 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı