18 oktyabr 2024. Cümə

La Liqa : “Vilyarreal” “Qranada”nı, “Atletiko Madrid” “Betis”i üstələyib, “Barselona” xal itirdi


La Liqa : “Vilyarreal” “Qranada”nı, “Atletiko Madrid” “Betis”i üstələyib, “Barselona” xal itirdi

90deqiqe.az xəbər verir ki, “Metropolitano”da üst pillələrdə qərarlaşan “Atletiko Madrid” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Betis”i qəbul edib. Qarşılaşmada hesab 8-ci dəqiqədə açılıb. Rui Silva avtoqol müəllifi olub. 28-ci dəqiqədə qonaqların qapısında penalty təyin olunsa da, Alvaro Morata şansı boşa verib. Lakin 44-cü dəqiqədə Morata fərqlənərək bacarıb və komandasını fasiləyə 2-0 hesabı ilə öndə yollayıb. İkinci yarıya yaxşı başlayan “Betis” 62-ci dəqiqədə hesab arasındakı fərqi minimum endirib. Uilyam Karvalyo adını tabloya yazdırıb. Tərəflərin cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə tablodakı rəqəmlər dəyişməyib. “ATLETİKO MADRİD” 2, “BETİS” 1.

Digər görüşdə lider “Real Madrid”in əsas izləyicisi “Jirona” “Malyorka”nın qonağı olub. Matçda hesabı 33-cü dəqiqədə birincilər açıblar. Xose Kopete tarazlığı pozub. Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə başqa qol olmayıb və “Malyorka” minimalhesablı qələbə qazanıb.

Gecəyarısı oynanılan “Atletik” – “Barselona” dueli də məhsuldar alınmayıb. 14-cü dəqiqədə Jul Kundenin zərbəsindən sonra top qapının üstündən keçib. 31-ci dəqiqədə Joau Kanselu uzaqdan baxımlı qol vurmağa yaxın olsa da, Yeray Alvares topu qapı xəttindən çıxarıb. İlk hissədə qapılar toxunulmaz qalıb. 52-ci dəqiqədə Fermin Lopezin zərbəsindən sonra top qapının yanından keçib. 90+2-ci dəqiqədə San Sebastyan təmsilçisi qola yaxın olsa da, Oskar De Markosun başla zərbəsi qapıdan az fərqlə aralı keçib və oyun 0-0 hesabı ilə başa çatıb. Hazırda turnir cədvəlinə 66 xalla başçılıq edən “Real Madrid” “Jirona” 7, “Barselona”nı 8, “ATletiko”nu 11 xal qabaqlayır.







İspaniya L.L.

“Barselona” hədəfindən vaz keçdi
  • İspaniya L.L.
  • 23:30 17.10.2024
“Barselona” hədəfindən vaz keçdi
"Real"ın ulduzu karyerasını başa vurur?
  • İspaniya L.L.
  • 14:05 14.10.2024
"Real"ın ulduzu karyerasını başa vurur?