23 oktyabr 2024. Çərşənbə

Uillyams qardaşlarının qəliz karyera yüksəlişi - ARAŞDIRMA - FOTOLAR


Uillyams qardaşlarının qəliz karyera yüksəlişi - ARAŞDIRMA  - FOTOLAR

Bu mövsüm İspaniya çempionatının ən maraqlı komandalarından biri heç şübhəsiz “Atletik Bilbao”dur. Bask təmsilçisi La Liqada beşinci pillədə qərarlaşıb və UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Ernesto Valverdenin kollektivi həmçinin ölkə kubokunun finalına vəsiqə qazanıb. Əldə edilən bu uğurlarda komandanın iki futbolçusu - İnyaki və Niko Uillyams qardaşlarının böyük töfhəsi var.

Müasir dövrdə eyni komandada çıxış edən qardaş futbolçulara nadir hallarda rast gəlirik. Hazırda buna ən yaxşı nümunələrdən biri İnyaki və Nikolas qardaşlarıdır. İnyaki Uilyamsı futbol ictimaiyyəti artıq çoxdan tanıyır. Qanalı oyunçu artıq 10 ildir “Atletik”in formasını geyinir. O, 1994-cü ildə Bilbaoda dünyaya gəlib. İnyaki futbolun incəliklərini “Natasyon” və “Pamplona” klublarında öyrənib. 2012-ci ildə “Atletik” 18 yaşlı bacarıqlı İnyakini heyətinə qatsa da, futbolçu əsas komandada debüt edə bilmədi. Uillyamsın ilk peşəkar klubu “Baskoniya” olub. Burda özünü yaxşı tərəfdən göstərən hücumçu yenidən “Atletiko”ya qayıdır və bu dəfə əlinə düşən fürsətdən yararlana bilir. Onun əsas heyətdə debütü 6 dekabr 2014-cü ilə təsadüf edir. Həmin tarixdən etibarən İnyaki “qırmızı-ağlar”ın əsas heyət üzvünə çevrilib. Əla fiziki göstəricilərə malik oyunçu 2016-cı ildən 2022-ci ilin yanvarına kimi yalnız bir oyunda meydana çıxmayıb. Uillyams bu müddətdə 400-dən artıq qarşılaşmada forma geyinib və 120-dən artıq qol vurub. Onun qazandığı yeganə titul isə 2021-ci ildə əldə etdiyi İspaniya superkubokudur. Bilbaoda doğulan və “qırmızı furiya”nın heyətində yoldaşlıq görüşündə bir oyun keçirən İnyaki 2022-ci ildən Qana milli komandasını təmsil etməyə başlayıb. Onun qardaşı Nikolas isə 2002 təvəllüdlüdür. Niko 2021-ci ildən “Atletik”in əsas heyət oyunçusudur. Yarımmüdafiəçi çempionatda artıq 92 oyunda meydana çıxıb. Ancaq İnyakidən fərqli olaraq İspaniya yığmasının formasını geyinir. Hər iki futbolçu bu ili yaxşı keçirirlər. İnyaki bütün turnirlərdə 28 matçda 11 qol, 5 məhsuldar ötürmə, Niko isə 27 oyunda 6 qol və 10 məhsuldar ötürmə edib. Ernesto Valverdenin yetirmələri bu təqvim ilini titulla bitirmək üçün böyük şanslara malikdirlər. Onlar Kral kubokunda sırası ilə “Eybar”, “Alaves”, “Barselona” və “Atletiko Madrid” kimi komandaları geridə qoyaraq turnirin finalına adlayıblar. Burada onların rəqibləri “Malyorka” olacaq.  2022-ci ildə Uillyams qardaşları Superkubok finalında “Real Madrid”ə uduzmuşdular. Görəsən, bu dəfə onlar qarşıya qoyulan məqsədə nail ola biləcəklərmi?







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı