17 dekabr 2025. Çərşənbə

Ançelotti bu ittihamlardan narahat deyil


Ançelotti bu ittihamlardan narahat deyil

İspaniya prokurorluğu Karlo Ançelottini “Real” klubunda ilk işlədiyi dövrdə vergi ödəməməsindən şübhələnir.

90deqiqe.Az  xəbər verir ki, prokurorlar italyan çalışdırıcını 2014-2015-ci illərdə 1 milyon avro vergi gizlətməkdə ittiham etsə də, o, bu ittihamlardan narahat deyil.

Xatırladaq ki, bundan əvvəl hüquq-mühafizə orqanlarının italiyalı mütəxəssisin 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etdiyi bildirilirdi.

İtaliyalı mütəxəssis peşəkar məşqçilik karyerasında ilk dəfə 2013-cü ilin yayında “Real Madrid”ə rəhbərlik edib, 2015-ci ilin mayında isə klubu tərk edib. Bu müddət ərzində Ançelotti Los Blankosa Kral Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanmağa kömək etdi.

1 iyun 2021-ci ildə Karlo Madridə qayıdıb və 2021/2022 mövsümünün nəticələrinə görə, "Real"ı İspaniya çempionatının qalibi etdi. Bu mövsüm La Liqanın 27 turundan sonra Los Blankos 66 xalla turnir cədvəlinə başçılıq edir.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə