14 iyul 2026. Çərşənbə axşamı

"Atletiko" onunla müqaviləni yeniləyəcək


"Atletiko" onunla müqaviləni yeniləyəcək

"Atletiko Madrid" müdafiəçisi Sezar Aspilikueta ilə müqaviləni uzadacaq.

90deqiqe.Az “Marca"ya istinadən xəbər verir ki, tərəflər artıq yeni müqavilənin şərtlərini razılaşdırıblar. Yeni sözləşmə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Müdafiəçinin "matrasçılar"la hazırkı əmək müqaviləsi mövsümün sonunda başa çatır.

Bu mövsüm Azpilikueta bütün turnirlərdə 22 matçda iştirak edib və bir məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.

Xatırladaq ki, Aspilikueta ötən yay “Çelsi”dən ayrılaraq azad agent kimi Madriddən kluba keçmişdi. Müdafiəçi 2012-2023-cü illərdə London komandasında çıxış edib. Bu müddət ərzində o, 508 oyun keçirib, 17 qol vurub və 56 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir