22 aprel 2026. Çərşənbə

Kanselo "Barselona"da qalmaq istəyir


Kanselo "Barselona"da qalmaq istəyir

"Barselona"nın müdafiəçisi Joao Kanselo gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı oyunçu məşhur jurnalist Fabrizio Romano ona verdiyi sualı belə cavablandırıb.

"Bu mövsümdən sonra "Barselona"da qalacağınıza ümid edirsiniz? - Bəli, bəli, inanıram!"

Joao Kanselo icarə əsasında "Barselona"da çıxış edir. 29 yaşlı müdafiəçinin hüquqları "Mançester Siti"yə məxsusdur. Portuqaliyalının Premyer Liqa nəhəngi ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Qeyd edək ki, nüfuzlu Transfermarkt portalının mütəxəssisləri João Kanselonu 40 milyon avro qiymətləndirirlər. "Barselona" növbəti matçını cümə günü, martın 8-də evdə "Malyorka"ya qarşı keçirəcək.







İspaniya L.L.

“Real”a inqilab lazım deyil”
  • İspaniya L.L.
  • 23:48 21.04.2026
“Real”a inqilab lazım deyil”
“Ulduz olmaq böyük məsuliyyətdir”
  • İspaniya L.L.
  • 23:42 21.04.2026
“Ulduz olmaq böyük məsuliyyətdir”
 “Valensiya” xal itirdi
  • İspaniya L.L.
  • 23:28 21.04.2026
“Valensiya” xal itirdi
 “Atletik”ə bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:26 21.04.2026
“Atletik”ə bir qol bəs etdi