17 dekabr 2025. Çərşənbə

"Barselona" Flikin agenti ilə görüşüb


"Barselona" Flikin agenti ilə görüşüb

"Bavariya"nın və Almaniya yığmasının keçmiş baş məşqçisi Hans-Diter Flik "Barselona"da baş məşqçi namizədləri siyahısına başçılıq edir.

90deqiqe.Az-ın məlumatına görə, bir neçə gün əvvəl mavi qranatların nümayəndələri almaniyalı mütəxəssisin yeni agenti Pini Zahavi ilə görüşüb. Görüşdə Flikin gələcəyi ilə bağlı konkret danışıqlar aparılıb.

Qeyd olunur ki, "Barselona" digər namizədləri də nəzərdən keçirdiyi üçün hələlik yekun qərar verməyib. Bununla belə, ispan klubu 59 yaşlı çalışdırıcı ilə əməkdaşlıqda maraqlıdır.

Flik məşqçilik karyerası ərzində “Bavariya” və Almaniya millisindən başqa heç bir komandada işləməyib. 59 yaşlı mütəxəssis 2019/2020 mövsümündə Münhenlə Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi bu mövsümün sonunda postunu tərk edəcəyini açıqlamışdı. Mütəxəssis kluba 2021-ci il noyabrın 6-dan rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya klubu iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə