17 dekabr 2025. Çərşənbə

"Ter Ştegen və Valdes "Barselona' tarixinin ən yaxşı qapıçılarıdır"


"Ter Ştegen və Valdes "Barselona' tarixinin ən yaxşı qapıçılarıdır"

"Barselona"nın baş məşqçisi Xavi qapıçı Mark-Andre ter Ştegenin durumu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, ispan çalışdırıcı alman qolkiperin kataloniyalılar tarixinin ən yaxşı qapıçısı olduğunu bildirib.

“Valdez ilə yanaşı, ter Ştegen “Barselona” tarixinin ən yaxşı qapıçısıdır. O, kapitandır, liderdir, həm də nəcib və cəsurdur. Onu təsvir etmək üçün daha çox sözlərim var” 

Xatırladaq ki, Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 399 matçda iştirak edib, bunun 167-də qapını təmiz saxlayıb.

Valdez "Barselona"nın yetirməsidir. İspan qapıçı 2002-2015-ci illərdə "Blauqrana"nın əsas komandasında çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 536 matçda iştirak edib ki, bunun da 239-da qapını təmiz saxlayıb.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə