8 sentyabr 2024. Bazar günü

"Xavinin qərarı, yalnız klubun xeyrinədir"


"Xavinin qərarı, yalnız klubun xeyrinədir"

"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta Kataloniya klubunun baş məşqçisi Xavinin cari mövsümün sonunda postunu tərk etmək qərarına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı futbolçu Xavinin istefasının komandaya müsbət təsir edəcəyini bildirib.

"Bir azarkeş və dost kimi mən onun üçün hiss edirəm, çünki onun "Barsa"nı çalışdırmaq istədiyini və kluba nə qədər önəm verdiyini bilirəm. Xavi bu işə inanılmaz ehtiras gətirib. Heç kim klubun onun qədər yaxşı görməsini istəmir. Açığını deyim ki, istefa vermək qərarına gəlsə, bu, yalnız "Barça"nın xeyrinədir”.

Xatırladaq ki, Xavi qərarını yanvarın sonunda İspaniya Primerasının 22-ci turunda “Vilyarreal”a 3:5 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlamışdı. İspaniyalı mütəxəssis klubun fərqli inkişaf vektoruna ehtiyacı olduğunu bildirib.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq