4 oktyabr 2026. Bazar günü

Premyer Liqanın 4 klubu "Barselona"nın futbolçusunu izləyir


Premyer Liqanın 4 klubu "Barselona"nın futbolçusunu izləyir

"Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi hələ də İngiltərə Premyer Liqasının nəhənglərinin maraq dairəsindədir.

90deqiqe.Az xəbər verir ki, “mavi qranatlar” 17 yaşlı futbolçu ilə müqaviləni uzatmaq niyyətində olsa da, ona maraq getdikcə artır.

Hazırda perspektivli ispan üçün "Çelsi", "Arsenal", "Mançester Siti" və "Mançester Yunayted" mübarizə aparır.

Futbolçunun özü, "Barselona"da uğur qazanmaq arzusundadır və klubu ilə müqaviləni uzatmaq niyyətindədir.

Pau Kubarsinin hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Mərkəz müdafiəçisinin Kataloniya nəhənginin əsas heyətində bütün turnirlərdə 12 oyunu var.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”