- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona" texniki sponsorunu dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, Kataloniyalıların hazırda Nike ilə anlaşması var, lakin Puma onlara daha səxavətli müqavilə təklif edib. Joan Laporta başda olmaqla "Barselona"nın idarə heyəti yaxın vaxtlarda bu məsələ ilə bağlı qərar verəcək.
Nike Blaugranaya hər mövsümdə daimi olaraq 85 milyon avro və dəyişkən bonuslar şəklində daha 20 milyon avro ödəyir. Puma illik 120 milyon avro təklif edir. Və imza bonusu olaraq 100 milyon.