- İspaniya L.L.
- 22:56 22.11.2024
"Atletiko Madrid" kapitanı Koke ilə yeni müqavilə bağlamağa çox yaxındır.
90deqiqe.Az xəbər verir ki, tərəflər son həftələr məhsuldar danışıqlar aparıblar.
İndi yeni müqavilənin imzalanması yalnız formallıq və zaman məsələsidir. Gözlənilir ki, tərəflər hələ də bonus strukturu ilə bağlı razılığa gələ bilməyiblər. Bununla belə, yarımmüdafiəçi “Atletiko”da qalmaq istədiyini açıqlayıb.
Koke oynanan matçların sayına görə "matrasçılar" rekorduna sahibdir. 32 yaşlı ispaniyalı Madrid komandasının heyətində bütün turnirlərdə 600-dən çox oyun keçirib. Yarımmüdafiəçi “Atletiko”nun heyətində iki dəfə İspaniya çempionatının və Avropa Liqasının qalibi olub.