17 dekabr 2025. Çərşənbə

Son 28 ilin ən pis performansı


Son 28 ilin ən pis performansı

İspaniya La Liqasında "Almeriya" 10 xalla sonuncu pillədə qərarlaşıb. Hazırda bir mövsümdə ən az xal toplayan komanda olan "Almeria" 10 həftə ərzində daha 4 xal qazanmasa, tarixə düşəcək.

90deqiqe.az xəbər verir ki, iki mövsüm əvvəl liqaya yüksələn "Almeriya" hələ də qələbə qazana bilməyib. Almeriya 28 matçdan sonra 10 heç-heçə və 18 məğlubiyyətə imza atıb.

Düşmə zonasından 14 xallıq fərqi olan Almeria 3 xallıq sistemin tətbiq olunduğu 1995/96 mövsümündən bəri tarixdə ən pis performansını nümayiş etdirir.

Almeria bu həftə səfərdə "Las Palmas"la qarşılaşacaq.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə