- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona"nın baş məşqçisi Xavi klub rəhbərliyi ondan istəsə, komandada qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, 44 yaşlı çalışdırıcı bu günə qədər fikrində heç bir dəyişikliyin olmadığını bildirib.
“Biz prezidentlə hər gün olmasa da, iki-üç gündə bir dəfə danışırıq. Dekonu hər gün görürük. O, mənim mövqeyimi bilir. Bu günə qədər heç nə dəyişməyib.
Klubun növbəti mövsüm üçün idman planlaşdırmasında iştirak edirəmmi? Bu klubu sevdiyim üçün iştirak edirəm. Mən klubun adamıyam və hər halda növbəti mövsüm kluba kömək edə bilsə, mən bunu edəcəm”
Xatırladaq ki, Xavi daha əvvəl bu mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlamışdı. İspan mütəxəssis 2021-ci ildə "Blauqrana"ya rəhbərlik edib və komandanı İspaniya çempionatında və ölkə Superkubokunda qələbəyə gətirib çıxarıb. La Liqanın 2023/2024 mövsümünün 28 turundan sonra "Barselona" 61 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb