30 iyun 2026. Çərşənbə axşamı

“Real"ın bir hissəsi olmaq gözəl idi - Adebayor


“Real"ın bir hissəsi olmaq gözəl idi - Adebayor

Məşhur sabiq hücumçu Emmanuel Adebayor "Real Madrid"dəki qısa dövrünü xatırlayıb.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı sabiq futbolçu "kral" klubunun bir hissəsu olmağın gözəl hiss olduğunu bildirib.

“Real Madrid"in bir hissəsi olmaq gözəl idi. Düşünürəm ki, ən yaxşı məqam Kral Kubokunda Kriştiano Ronaldonun qolu sayəsində "Barselona"nı 1:0 hesabı ilə məğlub etdiyimiz qələbəmiz oldu. "Real Madrid" oyunçusu kimi bu kuboku qazanmağım karyeramda yaşadığım ən gözəl andır”

Bu yaxınlarda butslarını asan toqolu futbolçu cəmi 6 ay “Los Blancos”da çıxış edib – o, 2011-ci ilin yanvar-iyun aylarında “Mançester Siti”dən icarəyə götürülüb. Təcrübəli forvard eyni zamanda “Arsenal”, “Tottenhem” və digər məşhur klublarda da top qovub.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"