- İspaniya L.L.
- 22:56 22.11.2024
"Real Madrid"in sağ cinah müdafiəçisi Daniel Karvaxal "Barselona"nın yarımmüdafiəçisi Pedrinin zədələri ilə bağlı çətinlikləri haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, 32 yaşlı futbolçu ispan oyunçunun zədələrin öhdəsindən gələ biləcəyini bildirib.
“Pedri? Tunelin sonunda işıq var. O, çox gəncdir, onu qarşıda uzun illər gözləyir və mən onun zədə problemlərinin öhdəsindən gələcəyinə tam əminəm”
Ayın əvvəlində 21 yaşlı futbolçu yenidən xəstəxanaya yerləşdirilib. Yarımmüdafiəçinin mövsümün qalan hissəsini və Avro-2024-ü buraxa biləcəyi bildirilirdi, lakin sonradan məlum oldu ki, futbolçunun əməliyyata ehtiyacı olmayacaq, ona görə də apreldə meydana qayıda biləcək. Pedri bu mövsüm "Barselona"nın heyətində 24 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.