14 iyul 2026. Çərşənbə axşamı

Laporta de Yonqun müqaviləsi ilə bağlı vəziyyətdən danışdı


Laporta de Yonqun müqaviləsi ilə bağlı vəziyyətdən danışdı

“Barselona”nın prezidenti Joan Laporta Frenki de Yonqun müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, funksioner təcrübəli futbolçu ilə yeni sözləşmə imzalamaq üçün vaxtlarının olduğunu bildirib.

“Frankie uzadılması? Hələ vaxtımız var. Biz de Yonqun çıxışından məmnunuq. Heç bir futbolçumuzdan narahat deyiləm. Kimsə getmək istəsə, futbolçunun istəyinə qarşı gedə bilmərik, amma məncə, hamı qalmaq istəyir. Biz də heç kimin getməsini istəmirik, çünki heyətimizdən razıyıq”

"Blauqrana" hollandiyalının maaşını azaltmaqla yeni müqavilə imzalamasını istəyir.

Xatırladaq ki, hollandiyalı ildə 30 milyon avrodan çox qazanır və komandanın ən çox maaş alan futbolçusudur.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir