14 iyul 2026. Çərşənbə axşamı

Haaland "Barselona"ya keçir? - Laporta açıqladı


Haaland "Barselona"ya keçir? - Laporta açıqladı

"Barselona"nın prezidenti Joan Laporta İngiltərənin "Mançester Siti"nin ulduzu Erlinq Haalandla bağlı şayiələrə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, funksioner, yayda böyük transferlərin gözləmədiyini bildirib.

“Bizim belə böyük alışlara ehtiyacımız yoxdur. Yayda transfer bazarı üzərində işləyəcəyik, amma böyük transferlər gözləmirəm. Komanda oyunçularını hədəf alacağıq. Bizim prioritetimiz hazırkı komandaya güvənməkdir. Biz harmoniyamızı poza biləcək oyunçularla müqavilə bağlamaq istəmirik”

Daha əvvəl bildirilmişdi ki, Erlinq Haalandın nümayəndələri “Barselona”nın idman direktoru Deko ilə görüş keçirib. Norveçli hücumçunun “Barselona”ya transferinin çətin, lakin mümkün olduğu qeyd edilib.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir