4 oktyabr 2026. Bazar günü

"Vilyarreal"da yeni müqavilə


"Vilyarreal"da yeni müqavilə

"Vilyarreal" klubu yarımmüdafiəçisi Daniel Parexo ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı futbolçunun ispan klubu ilə yeni müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Xatırladaq ki, Parexo 2020-ci ilin yayından “Vilyarreal”da çıxış edir, daha əvvəl “Valensiya”, “Xetafe” və “Real Madrid”in şərəfini qoruyub. Bu mövsüm yarımmüdafiəçi 33 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. İspaniya La Liqasının 29 turundan sonra “Vilyarreal” avrokuboklarda ilk altılıqdan 8 xal geri qalaraq, turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”