18 dekabr 2025. Cümə axşamı

Feliks Xavinin ayrılmasını istəmir


Feliks Xavinin ayrılmasını istəmir

"Barselona"nın hücumçusu Joao Feliks baş məşqçi Xavinin mövsümün sonunda komandadan ayrılmasını istəmir.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı forvard Xavinin qərarına yenidən baxmaq istədiyini bildirib.

 “Mən istərdim ki, Xavi ayrılmaq qərarına yenidən baxsın. Onun gözəl ideyaları var və gənc məşqçidir. Barselonadakı insanlar onu çox sevirlər”

Daha əvvəl məlumat yayılmışdı ki, Xavinin yay transfer pəncərəsində ciddi gücləndirilməsi üçün rəhbərlikdən zəmanət alsa, qala bilər.

Xatırladaq ki, məşqçi qərarını yanvarın sonunda açıqlasa da, “mavi qranat”ın rəhbərliyi Xavinin fikrindən daşınacağına ümidini itirmir.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə