21 aprel 2026. Çərşənbə axşamı

"Barselona" Pedri ilə yeni müqavilə imzalayır


"Barselona" Pedri ilə yeni müqavilə imzalayır

"Barselona" yarımmüdafiəçisi Pedri ilə yeni müqavilə imzalamağı planlaşdırır.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "blauqrana" 21 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb, onunla əmək müqaviləsinin uzadılmasını müzakirə edib.

Bu sənədin təkcə müqavilənin uzadılması təklifi deyil, həm də Kataloniya klubunun komandanın əsas elementlərindən birini gördüyü futbolçu ilə bağlı niyyət bəyanatı olduğu qeyd olunub.

Xatırladaq ki, Pedrinin "Barselona" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayında başa çatır.

İspan futbolçu 2019-cu ildən Kataloniya klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 133 matçda iştirak edib, 18 qol vurub, 12 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"