22 mart 2026. Bazar günü

Romeu yalnız bu klub üçün "Barselona"nı tərk etməyə hazırdır


Romeu yalnız bu klub üçün "Barselona"nı tərk etməyə hazırdır

Müdafiəçi Oriol Romeu "Barselona"nın növbəti mövsüm üçün planlarına daxil edilməyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

32 yaşlı futbolçu yalnız bir kluba keçmək niyyətindədir. Söhbət onun "mavi qranat" düşərgəsinə keçməmişdən əvvəl oynadığı "Jirona"dan gedir.

"Barselona" Romeunu keçən yay 3,4 milyon avroya alıb. Tərəflər arasında 2026-cı ilin iyun ayının sonuna qədər əmək müqaviləsi imzalanıb. İspaniya çempionatının bu mövsümündə Oriol 23 oyun keçirib. O, bir məhsuldar ötürmə edib və dörd sarı vərəqə alıb.







İspaniya L.L.

"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi