- İspaniya L.L.
- 16:10 22.03.2026
"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rudiger komanda yoldaşı Jude Bellinqhemlə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, alman futbolçu 20 yaşlı oyunçunun çıxışından təəccübləndiyini etiraf edib.
“Əvvəlcə onu o qədər də yaxşı tanımadığım üçün bir az təəccübləndim. Amma Jude inanılmaz insandır, 20 yaşında görünmür. Əminəm ki, Bellinqhem lider olacaq, çünki o, yaşına görə çox yetkindir”
Bellinqhemin İspaniya çempionatında 16 qolu var ki, bu da onu turnirin ən yaxşı üç qolçusundan biri edir. Yayda Judeyə Çempionlar Liqasının 1/4 finalında "Real"ın sabah qarşılaşacağı "Mançester Siti" də maraqlı idi.
İngilis futbolçu yayda "Borussiya Dortmund"dan 103 milyon avroya Madrid klubuna keçib.