- İspaniya L.L.
- 23:16 19.12.2024
"Barselona"nın prezidenti Joan Laporta Çempionlar Liqasının 1/4 finalında PSJ ilə oyunda (2:3) qazandıqları qələbənin şərəfinə komandasının futbolçularına fransız restoranlarının birində hamburger sifariş edib.
90deqiqe.Az xəbər verir ki, matçdan sonra Laporta futbolçuların hər birini şəxsən təbrik etsə də, adi emosiyalarını nümayiş etdirməyib.
Xatırladaq ki, 37-ci dəqiqədə Kataloniya yığmasının hücumçusu Rafinya hesabı açıb və “Barselona”nı önə çıxarıb. İkinci hissənin əvvəlində parislilərin hücumçusu Usman Dembele hesabı bərabərləşdirib. Bir neçə dəqiqə sonra portuqaliyalı Vitinya PSJ-nin kataloniyalılar qarşısında ikinci qolunu vurub.
62-ci dəqiqədə Rafinya Pedrinin ötürməsindən dubla imza ataraq hesabı bərabərləşdirib. 77-ci dəqiqədə “Barselona”nın müdafiəçisi Andreas Kristensen kataloniyalıların üçüncü qolunu vuraraq matçın yekun hesabını qoyub.
Cavab oyunu aprelin 17-də baş tutacaq.