- İspaniya L.L.
- 23:53 25.03.2025
"Barselona"nın baş məşqçisi Xavi Ernandes komandanın müdafiəçisi Ronald Arauxonun gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, 44 yaşlı çalışdırıcı uruqvaylı oyunçunun başqa komandaya keçəcəyini düşünmədiyini bildirib.
"Barselona" Arauxonu saxlamalıdır, buna 100% əminəm. O, Barca üçün vacib oyunçudur. O, bizim üçün həqiqətən vacibdir və onun başqa komandaya qoşulacağını düşünmürəm".
Bu mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 32 matçda meydana çıxıb və 1 qol vurub. Arauconun "Barselona" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına görə, müdafiəçinin dəyəri 70 milyon avrodur.