8 sentyabr 2024. Bazar günü

Gələcəyi ilə bağlı qərar verməyə tələsmir


Gələcəyi ilə bağlı qərar verməyə tələsmir

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç gələcəyi ilə bağlı qərarını verib.

90deqiqe.Az "Football Espana"ya istinadən xəbər verir ki,  38 yaşlı futbolçu klubda keçirdiyi oyun müddətindən narazı olmasına baxmayaraq, Los Blankosu tərk etməyin tərəfdarı deyil.

Modriç növbəti mövsümdə "Real Madrid"də oynamaq niyyətindədir.

Xorvatiyalı yarımmüdafiəçinin xidmətində Yaxın Şərq və MLS klublarının maraqlı olduğu vurğulanır. Bundan əlavə, Modriçə Zaqreb “Dinamo”su da xüsusi maraq göstərir.

Xatırladaq ki, Modriç bu mövsüm bütün turnirlərdə 35 matçda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq