23 oktyabr 2024. Çərşənbə

Rodriqo qolunu niyə Ronaldo üslubunda qeyd etdiyini açıqlayıb


Rodriqo qolunu niyə Ronaldo üslubunda qeyd etdiyini açıqlayıb

"Real Madrid"in vingeri Rodriqo "Mançester Siti"yə vurduğu qolun (3:3) səbəbini Kriştiano Ronaldonun üslubunda qeyd etdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı forvard Ronaldonun kumiri olduğu üçün bu üslubda qeyd etdiyini bildirib.

“Mən həmişə Kriştianonun videolarına baxıram. Bəzən ilham almaq üçün bunu oyundan əvvəl edirəm. Qoldan sonra ağlıma gəldi, ona görə də onun üslubunda qeyd etdim.

Həmişə dediyim kimi, o mənim kumirimdir, o mənim qəhrəmanımdır, ona görə də onu şərəfləndirmək üçün belə qeyd etmək mənim üçün həmişə xoşdur”

“Mançester Siti” və “Real Madrid” arasında cavab oyunu gələn çərşənbə günü, aprelin 17-də Mançesterdə keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, bu mövsüm Rodriqo bütün turnirlərdə 43 matçda iştirak edib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı