- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona"nın prezidenti Joan Laporta ilə görüşdən sonra Xavi növbəti mövsümdə də komandanın sükanı arxasında qalmağa qərar verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Laportanın Xavinin işləməyə davam etməsini israr etdiyini və gənc mütəxəssis klubun şərtlərini qəbul etdiyini qeyd edib.
Xatırladaq ki, yanvarın sonunda Xavi mövsümün sonunda "Barselona"dan ayrılmaq niyyətində olduğunu açıqlamışdı. Bundan sonra məşqçi bir neçə dəfə planlarını dəyişməyəcəyini söylədi, amma görünür, planlar dəyişdi. Qeyd edək ki, Xavinin "Barselona" ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.