8 sentyabr 2024. Bazar günü

Xavi onun "Barselona"da qalmasını istəyir


Xavi onun "Barselona"da qalmasını istəyir

"Barselona"nın müdafiəçisi Serxi Roberto növbəti mövsüm üçün komandada qala bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O "mavi qranat"ın baş məşqçisi Xavinin liderlik keyfiyyətlərinə və soyunub-geyinmə otağındakı ab-havaya təsir etdiyinə görə təcrübəli futbolçunu saxlamaq istədiyini qeyd edib.

Robertonun "Barselona" ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Sergi 2013-cü ilin yayından Kataloniya komandasında çıxış edir. Onun transfer qiyməti 3 milyon avro qiymətləndirilir. İspaniya çempionatının bu mövsümündə 32 yaşlı müdafiəçi 3 qol vurub və bir məhsuldar ötürmə ilə çıxış etdiyi 9 matçda iştirak edib.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq