23 oktyabr 2024. Çərşənbə

Xavi "Barselona"da qalacağını təsdiqlədi


Xavi "Barselona"da qalacağını təsdiqlədi

"Barselona"nın sükançısı Xavi komandada işləməyə davam edəcəyindən danışıb.

90deqiqe.Az  xəbər verir ki, ispan çalışdırcı kataloniyalılarda qalacağını bildirib.

"Bu layihə ilə işləməyə davam etməkdən məmnunam. Azarkeşlərə və Kluba etimada görə təşəkkürlər. Biz həmişəkindən daha çox həvəslə işləməyə davam edirik”

Bu gün Xavinin növbəti mövsümdə də "Barselona"nın sükanı arxasında qalacağı rəsmən məlum olub. Əvvəlcə Xavinin yayda klubdan ayrılacağı güman edilirdi.

Xavi 2021-ci ildən "Barselona"nın baş məşqçisidir. İspaniya çempionatının cari mövsümündə onun rəhbərliyi altında kataloniyalılar 70 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə başçılıq edən "Real Madrid"lə fərq 9 xaldır.

 







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı