12 iyul 2026. Bazar günü

Gülər ​​"Real"dan ayrılmaq niyyətində deyil


Gülər ​​"Real"dan ayrılmaq niyyətində deyil

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər ​​yay transfer pəncərəsində komandasını tərk etmək istəmir.

90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, türk futbolçunun başqa komandaya getmək istəyi ilə bağlı yayılan xəbərlər doğru olmadığını qeyd edib.

19 yaşlı Gülər ​​hazırkı İspaniya La Liqasında cəmi 5 matça çıxa bilib və bir məhsuldar ötürmə edib.

Mövsümün ilk yarısında yarımmüdafiəçi müxtəlif zədələr səbəbindən komandasına kömək edə bilməyib. Daha əvvəl Güləri icarəyə götürməkdə İspaniya çempionatının bir sıra komandalarının maraqlı olduğu bildirilirdi.

Xatırladaq ki, ötən yay yarımmüdafiəçi “Real Madrid”ə 20 milyon avroya başa gəlib.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir