4 oktyabr 2026. Bazar günü

“Real” Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq


“Real” Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq

Fransız hücumçu Kilian Mbappe bu yay "Real Madrid"in futbolçusu olacaq.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, klubla futbolçu arasında bütün lazımi məsələlər artıq həll olunub, futbolçu ilə müqavilə imzalanıb və mövsümün sonunda Kilian Los Blankosa keçəcək.

O da qeyd olunur ki, “kral” klubu Fransa Futbol Federasiyası ilə əlaqə saxlayıb və Mbappeni bu ilin iyul-avqust aylarında keçiriləcək Olimpiadaya buraxmağı planlaşdırmadığını bildirib. Gözlənilir ki, Avro-2024-dən sonra "Real Madrid" Mbappeyə məzuniyyət verəcək, bundan sonra yay toplanışına qədər onu komandanın olduğu yerdə gözləyəcək.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”