12 iyul 2026. Bazar günü

Levandovski "Barselona"dan ayrılır


Levandovski "Barselona"dan ayrılır

"Barselona"nın hücumçusu Robert Levandovski yay transfer pəncərəsində satıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı futbolçu dəfələrlə klubda qalmaq istədiyini bildirsə də, mətbuatda onun mümkün gedişi ilə bağlı söz-söhbətlər yer almaqda davam edir.

"Barselona" Levandovskini qarşıdan gələn mövsümlərarası fasilədə satıla biləcək oyunçular siyahısına daxil edib. Təcrübəli polşalıya maraq Səudiyyə Ərəbistanı çempionatının təmsilçilərinə aid edilib.

Robert Levandovskinin "Barselona" ilə müqaviləsi 2026-cı ilə qədərdir və müqavilənin avtomatik olaraq bir il müddətinə uzadılması imkanı var.

Transfermarkt-ın məlumatına görə, forvardın qiyməti 15 milyon avrodur.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir