4 oktyabr 2026. Bazar günü

"Barselona"nın Xviça israrı davam edir


"Barselona"nın Xviça israrı davam edir

"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya gələn yay klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, "Barselona" gürcü vingerin xidmətində maraqlıdır. Xavinin Kataloniya komandasının baş məşqçisi kimi qalmaq qərarından sonra "Barselona"nın Xviçaya marağı xeyli artıb - Xavi 23 yaşlı futbolçu ilə şəxsən maraqlanır.

Xviça bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 41 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib, onun neapollularla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və transfer dəyəri 80 milyon avro qiymətləndirilir.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”