12 iyul 2026. Bazar günü

Roberto: "Barselona" bu nəticəyə layiq deyildi


Roberto: "Barselona" bu nəticəyə layiq deyildi

"Barselona"nın kapitanı Serxi Roberto İspaniya çempionatının 34-cü turunun "Jirona" ilə oyunu haqda fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçu komandasının bu nəticəyə layiq olmadığını bildirib.

"Barselona" belə nəticəyə layiq deyildi. Bu gün yaxşı oyun keçirdik, amma meydanı çox qəzəbli tərk etdim, buraxılan ikinci qolla həmin anda səhv etdim, ona görə də azarkeşlərimizdən üzr istəyirəm, deyə İspaniya mətbuatı futbolçudan sitat gətirir.

Xatırladaq ki, görüş şənbə günü baş tutub və "Jirona"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya komandası 73 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Jirona” ikinci yerdədir və “Real Madrid” rəsmən İspaniya çempionu olub.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"