12 iyul 2026. Bazar günü

Xavidən məğlubiyyət şərhi


Xavidən məğlubiyyət şərhi

"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatının 36-cı turunun "Jirona" ilə oyunundan (2:4) sonra futbolçularını tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı açıq səhvlərə görə məğlub olduqlarını bildirib.

“Bu səviyyədə qəbuledilməz olan açıq səhvlərə görə oyuna nəzarəti itirdik. Bu, bütün mövsüm ərzində bizimlə olub və hələ də davam edir. Və bu səviyyədə belə şeylər həlledici rol oynayır”, - “Marca” mütəxəssisdən sitat gətirir.

Əlavə edək ki, bu görüşdən sonra Kataloniya yığması ölkə çempionatının turnir cədvəlində üçüncü pilləyə geriləyib. Komanda 73 xal qazanıb. Növbəti mərhələdə "blauqrana" "Real Sosyedad"ı qəbul edəcək. Oyun mayın 13-nə təyin edilib.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"