4 oktyabr 2026. Bazar günü

"Atletiko" Depaydan qurtulmaq istəyir


"Atletiko" Depaydan qurtulmaq istəyir

"Atletiko Madrid"in hücumçusu Memfis Depay yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, "döşəkçilər" 30 yaşlı futbolçunu gələn yayda satmağı planlaşdırır.

Bildirilir ki, Depay "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeonenin planlarına daxil deyil, ona görə də klub bütün təklifləri nəzərdən keçirməyə hazırdır.

Cari mövsümdə hollandiyalı bütün turnirlərdə 28 matçda iştirak edib, doqquz qol vurub və iki məhsuldar ötürmə edib. Depayın "Atletiko" ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Transfermarkt mütəxəssisləri hücumçunun dəyərini 12 milyon avro qiymətləndirir.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”